Beynəlxalq Avtovağzalı Kompleksinin yaxınlığında xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 15 iyun tarixində xəbər verir.
Hərəkətdə olan "Chevrolet Aveo" markalı avtomobil idarərtməni itirərərək "Toyota Prius" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Prius" aşıb.
Qəza nəticəsində avtomobildə olan sərnişinlər xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
[URIS id=48594]