Binəqədi rayonunda oğru saxlanılıb. Bu haqda 2 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Biləcəri qəsəbəsində fevralın 27-də evlərin birindən 450 ABŞ dolları və 2 ədəd mobil telefon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz rayon sakini P.İbrahimov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.