Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 13 iyun tarixində Bakuplus.az Report<-a istinadən xəbər verir.
Binəqədi rayonu, Biləcəri qəsəbəsində iyunun 12-də yolu keçən Zəngilan rayon sakini Seymur Quluzadəni Şəki şəhər sakini M.Səmədov idarə etdiyi “Ravon” markalı avtomobillə vurub. Qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.