Bakının Suraxanı rayonu, Binə qəsəbəsində əvvəllər məhkum olunmuş kriminal aləm üzvü Allahverdi Mirzəyevi qətlə yetirməkdə təqsirləndirilən Taryel Qurbanov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu haqda bu gün, 20 avqust tarixində APA məlumat verib.
Hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynov tərəfindən oxunub.
Məhkum olunan Taryel Qurbanovun Mirzəyevin qaynı olduğu bildirilir. Qətlin ailə münaqişəsi zəminində baş verdiyi qeyd olunur.
Hadisə ötən ilin 10 dekabr tarixində baş vermişdir. 44 yaşlı Allahverdi Mirzəyev yaşadığı evdə başından güllələnərək öldürülmüşdür.