Paytaxtın Binəqədi rayonunda silsilə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 23 dekabr tarixində AZƏRTAC məlumat yayıb.
Zəngilan rayon sakini İ.Hüseynov müxtəlif vaxtlarda beş avtomobildən akkumulyator və yan güzgülər oğurlamaqda ittiham olunur.
Faktla bağlı idarənin 4-cü polis şöbəsində araşdırma aparılır.
Daha öncə, Binəqədi rayonunda su sayğaclarını oğurlayan şəxs saxlanılmışdır.