Paytaxtın Binəqədi rayonunda liftlərdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Soltan Rzayev sözügedən rayon ərazisində 20-dən çox binadan liftlərin naqillərini oğurlamaqda şübhəli bilinir.
O, narkotik aludəçisi olduğunu və oğurladığı naqilləri paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrində sataraq narkotik aldığını etiraf edib.