Paytaxtın Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 2 yanvar tarixində Bakuplus.az xəbər verir.
Mir Cəlal küçəsindən gələn “Mazda” markalı avtomobil, ikinci dərəcəli sayılan Mirmahmud Kazımovski küçəsindən çıxan “Kia” markalı nəqliyyat vasitəsilə toqquşub. Nəticədə sonuncu yolu ayıran səkiyə çırpılıb.
Xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
[URIS id=22858]