Bakıda silsilə oğurluq edən şəxs saxlanılıb. Bu haqda 9 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi qəsəbəsi ərazisindəki 2 evdən 2500 manat pul, məişət və qızıl-zinət əşyalar və 1 şirkətin ərazisindən 2 ədəd mühərrik, 950 manat dəyərində dəmir tor oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Abbasov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.