Bakıda mağaza yanıb. Bu haqda 1 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Binəqədi rayonunda sahəsi 271 kv.m. olan mağazanın anbarında yanğın baş verib. 8 kv.m. sahəsi olan taxta arakəsmə və qismən ərzaq malları yanıb. Yüksək temperaturdan 1 ədəd ödəniş terminalı və 1 ədəd kondisioner qarsalanıb.
FHN əməkdaşlarının müdaxiləsi nəticəsində mağazanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.