Paytaxtın Binəqədi rayonunda kütləvi dava baş verib. Bu haqda bu gün, 17 may tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Ehtiyat hissələri mağazasının müştəriləri orada satıcı kimi işləyən 28 yaşlı Elnur Zöhrabov, 25 yaşlı Fikrət Əliyev və Əli Əliyevi döyüblər.
Hər 3 nəfər xəstəxanaya yerləşdirilib. 2 nəfər şübhəli şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.