Bakıda 30 yaşlı kişi küt alətlə başından vurularaq öldürülüb. Bu haqda 14 fevral tarixində Report məlumat verib.
Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində fevralın 13-də Sabirabad rayon sakini 30 yaşlı Eynulla İbadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirilib. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.
Polisin keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Biləcəri qəsəbə sakini Y.Quliyev saxlanılıb. Məlum olub ki, hadisə münaqişə zəminində baş verib.
Faktla bağlı araşdırma davam edir.