Paytaxtın Binəqədi rayonunda birmərtəbəli yaşayış evində yanğın baş verib. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 90 kv.m olan ev 50 kv.m sahədə yanıb. Yaxınlıqda olan digər evin pəncərəsinə ziyan dəyib. Tikililərin digər hissələri zərər görməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.