Bakıda 33 yaşlı kişini bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır. Bu haqda 28 yanvar tarixində Report məlumat verib.
Binəqədi rayonu, Çiçək qəsəbəsində 2021-ci il sentyabr ayında Vüqar Quliyev mübahisə zamanı Elvin Ağayev tərəfindən bıçaqlanıb. Yaralı qarının sol yan divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ağayev saxlanaraq istintaqa cəlb olunmuşdur. Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclasının vaxtı dəqiq məlum deyil.