Paytaxtın Binəqədi rayonunda akkumulyator oğruları tutulub. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ümumilikdə 5 avtomobildən akkumulyator oğurlayan Bakı sakini R.Fərəcov və Kürdəmir rayon sakini Z.Məmmədov saxlanılıblar.
Birinci “Kamaz” və “İsuzu” markalı nəqliyyat vasitələrindən 700 manat dəyərində, sonuncu isə 3 digər avtomobildən oğurluq edib.
Araşdırmalar davam edir.