Arvadını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Bu haqda 28 dekabr tarixində Report xəbər verib.
Binəqədi rayonu, Zeytunluq massivində sentyabrın 12-i saat 22:00 radələrində Xaliq Hüseynov həyat yoldaşı 25 yaşlı Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirib. Məlum olub ki, bıçaqlanma şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baş verib.
Xaliq Hüseynov barəsində Cinayət Məcəlləsinin “Qəsdən adam öldürməyə cəhd etmə” maddəsi ilə cinayət işi başlanıb. İş, baxılması üçün, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.