Paytaxtın Binəqədi rayonunda avtomobil sexində yanğın baş verib. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 25 kv.m olan obyektdə “VAZ” markalı nəqliyyat vasitəsinin salonu və yük yeri alışıb. Avtomobilin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.