Bakıda avtomobili qarət edən şəxs saxlanılıb. Bu haqda 18 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda “Saipa” markalı avtomobildən 455 manat pul və sənəd oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Sabirabad rayon sakini X.Mirmövsümov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.