Bakıda avtomobil qarət olunub. Bu haqda 24 mart tarixində APA məlumat verib.
Binəqədi rayonunda martın 19-da avtomobildən 4750 manat və 2650 ABŞ dolları, ev açarları və sənəd oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini S. Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.