Paytaxtın Binəqədi rayonunda avtomobildən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Cəlilabad rayon sakini O.Soltanov “VAZ-2104” markalı nəqliyyat vasitəsindən pul, qızıl boyunbağı, maqnitofon, 2 ədəd səsgücləndirici oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.