Paytaxtın Binəqədi rayonu, Qara Qarayev küçəsində iki avtomobil toqquşub. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.
“Toyota Prius” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman, “BMW” markalı avtomobil qəfil ikinci dərəcəli yoldan çıxaraq birinci ilə toqquşub.
Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Araşdırmalar davam edir.
[caption id="attachment_44261" align="alignnone" width="800"]
Foto Baku TV rəsmi saytı[/caption]