Paytaxtın Binəqədi rayonunda üçmərtəbəli avtoservisdə yanğın baş verib. Bu haqda bu gün, 25 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 6000 kv.m olan obyekt 55 kv.m sahədə yanıb. Mühərrik və rənglənmə sexləri, eləcə də tikilidə yerləşən kafeyə ziyan dəyib. Obyektin digər hissələri yanğından mühafizə olunub.
Təfərrüatlar araşdırılır.