Binəqədi rayonunda 2 nəfər bıçaqlanıb.
Binəqədi rayonu, “DSK” yolu kimi tanınan ərazidə yerləşən “Yubiley” kafesində 41 yaşlı Vüsal Alıyev dostu ilə kafedə yeyib-içərkən aralarında mübahisə yaranıb və daha sonra mübahisə davaya çevrilib. Dava zamanı o, qarın nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Binəqədi rayonunda daha bir bıçaqlanma hadisəsi qeydə alınıb.
34 yaşlı Tural Məsimov tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı sol saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.