Bakıda telefon oğrusu saxlanılıb. Bu haqda 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Binəqədi rayonunda fevralın 8-i paytaxt sakini S.Sultanovanın mobil telefonu oğurlanmışdır. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.Vahabov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.