Paytaxtın Binəqədi rayonunda Bakı sakininə qarşı quldurluq edilib. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Abşeron rayon sakini M.Tarverdiyev paytaxt sakini E.Qasımovu hədələyərək ondan 100 manat pulunu almaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırmalar davam edir.