Paytaxtın Binəqədi rayonunda cibgirlik edən şəxs tutulub. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az Daxili İşləri Nazirliyinə istinadən xəbər verir.
Sumqayıt şəhər sakini Samir Manafov avtobusda olan zaman Binəqədi qəsəbə sakini A.Cabbarovanın çantasından 170 manat, şəxsiyyət vəsiqəsi və bank kartı oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.