Bakıda neft kəmərlərindən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 12 aprel tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Binəqədi rayonu, Binəqədi qəsəbəsində dövlət əmlakı olan neft kəmərlərindən ümumilikdə 600 metr uzunluğunda metal boru və elektrik naqilləri oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum edilmiş Elmar Abbasov saxlanılıb.
Onun barəsində həbs qətimkan tədbirləri seçilib.