Bakıda gənc oğlan bıçaqlanıb. Bu haqda 12 may tarixində APA məlumat verib.
Metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığında 29 yaşlı Emil Rəcəbli naməlum şəxslə dava zamanı bıçaqlanıb. Yaralı sol ayağının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.