Paytaxtın Binəqədi rayonunda iki oğurluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 3 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sulutəpə qəsəbəsində yaşayış evindən 17.000 manat pul və telefon oğurlanıb. Ev sahibinin arvadı şübhəli şəxs qismində saxlanılıb.
Eyniadlı rayonda Bakı sakini S.Rəhimov, Lənkəran sakini A.İsmayılovun 200 manat pulunu oğurlayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.