Bakıda üç mərtəbəli evdə yanğın baş verib. Bu haqda 26 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Binəqədi rayonunda ümumi sahəsi 330 kv.m. olan mansar tipli üçmərtəbəli evin zirzəmisində 1 ədəd çarpayı yanıb. Yanğın nəticəsində 33 yaşlı Orxan Əliyev ölüb. Onun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.