Bakıda evi qarət edən şəxs saxlanılıb. Bu haqda 19 aprel tarixində Report məlumat verib.
Binəqədi rayonu, Motodrom yaşayış sahəsindəki evlərin birindən 7540 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Hüseynzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.