Bakıda oğurluq edən şəxs saxlanılıb. Bu haqda 26 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonu ərazisindəki evlərin birindən 300 ABŞ dolları, 1150 manat dəyərində fotoaparat, binokl və qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qax rayon sakini E.Lomaşvili saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.