Bakıda evdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 23 fevral tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Binəqədi rayonunda fevralın 21-də evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ü.Ömərova saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.