Paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində mağazadan oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Gədəbəy rayon sakini A.Hüseynov 3 obyektdən ümumilikdə 420 manat oğurlamaqda şübhəli bilinir.
Sözügedən rayonda daha bir nəfər oğru tutulub. Şəmkir rayon sakini E.Eminov İmişli rayon sakini N.Şükürəmlinin 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinir.
Hər iki faktla bağlı araşdırma aparılır.