Bakının Binəqədi rayonu ərazisində 13 yaşlı qız itkin düşüb. Bu haqda bu gün, 23 may tarixində Oxu.az məlumat verib.
Ş. Rəhimov küçəsində yaşayan 13 yaşlı Leyla Balabəyli 20 may saat 18:00 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb.
Qızın anası S.Sultanova Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edib. Hazırda Leylanın tapılması istiqamətində axtarış tədbirləri aparılır.