Bakıda köşk yanıb. Bu haqda 4 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda ümumi sahəsi 64 kv.m olan istifadəyə yararsız vaqon tipli köşkün yanar konstruksiyaları və bitişik olan 540 kv.m sahəli birmərtəbəli mebel sexinin taxtadan ibarət 1 ədəd pəncərə çərçivəsi yanıb.
Sexin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.