Bakıda yanğın baş verib. Bu haqda 19 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Binəqədi rayonunda ümumi sahəsi 9 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın FHN-in mühafizə bölmələri tərəfindən söndürülüb.