Bakıda mikroavtobus yanıb. Bu haqda 25 aprel tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Binəqədi rayonunda "Mercedes" markalı mikroavtobusda yanğın baş verib. Nəqliyyat vasitəsinin mühərrik hissəsi və qismən salonu yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb edilib və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.