Paytaxtın Binəqədi rayonunda moped oğurlanıb. Bu haqda bu gün, 2 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
L.Bayramlı sözügedən rayonun ərazisində Abşeron rayon sakini M.Qasımovun “Tufan M-50” markalı mopedini oğurlamaqda şübhəli bilinir.
O, sözügedən mopedlə həmin rayonda saxlanılmışdır.