Bakıda naməlum meyit tapılıb. Bu barədə 26 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub və mənzilin giriş qapısını açaraq orada aşkarlanan 1 nəfərin meyitini çıxarıblar. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib.