Bakıda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb. Bu haqda 8 mart tarixində Report məlumat verib.
Binəqədi rayonunda martın 7-də DYP əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Abşeron rayon sakini Məhəmməd Nəcəfov avtomobilində konstruksiya dəyişiklikləri edildiyinə görə saxlanılıb.
Məlum olub ki, sürücü və avtomobildə olan sərnişin Əlirza Əliyev narkotik təsiri altında olublar. Onlar Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil veriliblər.