Bakıda narkotacir saxlanılıb. Bu haqda 7 aprel tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Binəqədi rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Z.Bayramov saxlanılıb. Onun üzərində 4 qrama yaxın heroin və 2 qram metamfetamin, yaşadığı evdə isə 21 qramdan artıq heroin, 13 qramdan artıq metamfetamin, 48 ədəd metadon həbi və 100 qram marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.