Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda 7 iyun tarixində APA məlumat verib.
Binəqədi rayonu, "DSK" kimi tanınan yolda “Nissan” markalı minik avtomobilinin sürücüsü geriyə dönmək istəyərkən “Niva” markalı maşın “Nissan”-a çırpılıb. Qəza zamanı “Nissan”-da olan bir nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_47575" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]