Bakıda avtomobildə yanğın olub. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 29 mart tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonunda "Opel" markalı minik avtomobilinin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunduqdan sonra yanğın söndürülüb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.