Bakıda narkotik aludəcisi saxlanılıb. Bu barədə Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Binəqədi rayonunda polisin keçirdiyi əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Rəhmanov saxlanılıb. Axtarış zamanı onun üzərində 102 qramdan çox heroin aşkar edilib.
Faktla bağlı araşdırma davam edir.