Paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov ilə Azadlıq prospektlərinin kəsişməsində avtoqəza baş verib. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Yük avtomobili hərəkətdə olan zaman “Prius” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Təfərrüatlar araşdırılır.