Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 14 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədidə martın 13-də yolu keçən Mətləb Səfərovu X.Davıdov idarə etdiyi “Volkswagen” markalı avtomobil vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Binəqədi RPİ-də araşdırma davam edir.