Bakı şəhər sakinində narkotik aşkar olunub. Bu haqda 12 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yol hərəkəti qaydalarını pozan “Hyundai” markalı avtomobilin sürücüsü saxlanılıb. Polis əməkdaşları tərəfindən şəxsi axtarış zamanı sürücü, Bakı şəhər sakini V.Kazımovda heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.