Bakıda söyüş üstündə adam bıçaqlayan keçmiş məhkuma hökm oxunub. Bu haqda 24 mart tarixində Report məlumat verib.
Binəqədi rayonunda ötən ilin oktyabr ayında İsmayıl İsmayılov aralarında yaranan mübahisə zamanı Ramin Məmmədovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Faktla bağlı İsmayılov barəsində Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.