Daha bir silsilə oğurluq edən şəxs paytaxtın Binəqədi rayonunda saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakini X.Xəlilov rayon ərazisində yerləşən 10 həyətyanı sahədən su sayğacları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma davam edir.
Bundan öncə bu gün, 22 dekabr tarixində paytaxtın Xəzər rayonunda silsilə oğurluq edən şəxs saxlanılmışdır.
[caption id="attachment_21309" align="alignnone" width="800"]
Foto Azərsu ASC rəsmi Facebook səhifəsi[/caption]