Paytaxtın Binəqədi rayonunda bir neçə avtomobil yanıb. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.
“Shacman” markalı nəqliyyat vasitəsi yanaraq tamamilə kül olub. Yaxınlıqda dayanan daha iki yük avtomobili qismən alışıb.
Ətrafdakı tikililərə ziyan dəyməyib. Təfərrüatlar araşdırılır.